8 Dekabr 2017 23:59
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çox xoşbəxtəm. Bunu çoxdan gözləyirdim. Ötən il əla mövsüm keçirdik. Çempionlar Liqasının bombardiri oldum. Futbol tarixinin ən yaxı oyunçusu özüməm. Heç kimi özümdən yaxşı futboıçu hesab etmirəm. Mənim futbolda nail olduqlarımı heç kim bacarmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu “Real”ın futbolçusu Kriştiano Ronaldo beşinci dəfə “Qızıl top” mükafatını qazanması haqda danışarkən bildirib.

Ronaldo “Barselona”nın hücumçusu Lionel Messi ilə aralarındakı rəqabətə də toxunub: “Messi ilə rəqabət yaxşıdır. Rəqabət olanda bütün mükafatları qazanmaq istəyirsən. Mənim indi də motivasiyam əla səviyyədədir. Yuxudan erkən qalxıb, məşq edirəm. Bunlar nə vaxtsa bitəcək. Ancaq mən bu haqda düşünmürəm”.


Müəllif: