17 Dekabr 2017 18:18
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladiqafqazda “Əfsanələrin matçı” adlı dostluq görüşü keçirilib.

Meydana 1995-ci ildə Rusiya çempionu adını qazanan “Alaniya”nın hazırkı veteran futbolçuları ilə Osetiyanın yığması çıxıb. “Alaniya”nın heyətində bu komandayla birgə ölkə çempionu olmuş millimizin sabiq kapitanı Nazim Süleymanov da yer alıb.

“Spartak” stadionunda 12 min azarkeşin izlədiyi qarşılaşma 5:5 hesabı ilə yekunlaşıb. Süleymanov bu matçda qol vurmasa da, onun gənc yaşlarındakı kimi driblinqlər etməsi azarkeşlərin alqışları ilə qarşılanıb./Qol.az/


Müəllif: Teleqraf.com