18 Dekabr 2017 01:53
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı yarımmüdafiəçi Kaka futbolçu karyerasını rəsmən başa vurub.

Teleqraf.com-un məlumatına görə, bu barədə 35 yaşlı oyunçunun özü TV Globo-nun efirində açıqlama verib.

"Son sözüm budur ki, peşəkar karyeram başa çatdı", - deyə "sambaçı" bildirib.

Kaka Braziliyanın "San Paulu", İtaliyanın "Milan", İspaniyanın "Real Madrid" və ABŞ-ın "Orlando Siti" komandalarında forma geyinib. O, 2002-ci ildə dünya çempionu, 2007-ci ildə isə "Qızıl top"un sahibi olub. 2002 - 2016-cı illərdə Braziliya millisinə çağırılmış ulduz futbolçu 92 oyuna 29 qol vurub. Kakaya daha əvvəl "Milan"da direktor vəzifəsi təklif olunsa da, o, hələ yekun qərarını verməyib.


Müəllif: Teleqraf.com