3 Avqust 2014 19:15
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo David Luizin PSJ-yə transfer olunması haqda danışıb.

Portuqaliyalı mütəxəssis braziliyalı müdafiəçinin gedişinin “Çelsi”yə mənfi təsir etməyəcəyini bildirib:

“Bizim Con Terri və Qari Kehl kimi müdafiəçilərimiz var. David Luizin “Çelsi” üçün xidmətləri çox olub. Xüsusilə Çempionlar Liqasının oyunlarında faydalı oldu. Çünki Matiç zədəli idi. Ancaq indi Matiç sıraya qayıdıb. D.Luiz bizim üçün önəmli futbolçu idi. Ancaq indiki halda onsuz daha güclüyük”.

Qeyd edək ki, David Luiz PSJ-yə 50 milyon avroya transfer olunub./qol.az/


Müəllif: