4 Avqust 2014 00:26
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted"in futbolçu Robin van Persi yeni mövsümün əvvəlində keçiriləcək matçlarda oynamayacaq.

"MY"nın baş məşqçisi Lui van Qal hollandiyalı hücumçunun DÇ-2014-dən sonra dincəlməyə ehtiyacı olduğunu deyib. Bu səbəbdən o, futbolçunun bu ay başlayacaq İngiltərə Premyer Liqasının ilk oyunlarında iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, "MY" ölkə çempionatında birinci matçını avqustun 16-ı "Suonsi"yə qarşı keçirəcək./qol.az/


Müəllif: