7 Yanvar 22:53

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun komandada görmək istədiyi Məsut Özilin keçidi qış transfer pəncərəsində reallaşa bilər.

Teleqraf.com xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi portuqaliyalı mütəxəssisin istəyini müsbət cavablandırıb. Mançester klubu "Arsenal"la sözləşməsi yayda başa çatacaq alman futbolçuya görə 39 milyon avro ödəməyə hazırdır. Tərəflər ortaq məxrəcə gələ bilsələr, 29 yaşlı yarımmüdafiəçi yaxın günlərdə "Mançester Yunayted"lə müqavilə imzalayacaq.

Qeyd edək ki, Özil cari mövsüm "Arsenal"ın heyətində 18 rəsmi oyunda meydana çıxıb və 4 qol vurub.


Müəllif: Teleqraf.com
Загрузка...