9 Yanvar 2018 01:28
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017/18 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.

Teleqraf.com xəbər verir ki, Antalya şəhərində hazırlıq keçən “qırmızı-qaralar” qonşu ölkədəki 4-cü günü iki məşqlə tamamlayıb. Komanda üzvləri günün ilk yarısında fitnes zalında çalışıb. Futbolçular fiziki hazırlıq hərəkətlərini icra ediblər.

Meydanda baş tutan ikinci məşq toplu çalışmalardan ibarət olub. Zədədən sonra kollektivə qoşulan Dion Malonenin fərdi məşqlə kifayətləndiyi hazırlıq ikitərəfli oyunla yekunlaşıb.


Müəllif: Teleqraf.com