9 Yanvar 2018 12:55
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın “Qarabağ” klubu təlim-məşq toplantısı üçün bu gün Türkiyənin Antalya şəhərinə yola düşüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Qarabağ” klubunun rəsmi Feysbuk səhifəsində məlumat paylaşılıb.

“Qarabağ” Antalyada baş tutacaq qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək.

Komandanın artıq bütün rəqibləri və bu oyunların keçiriləcəyi tarixlər məlum olub. “Qarabağ” ilk matçında yanvarın 17-si Rusiyanın "Kuban" klubuyla qarşılaşacaq. Komandamız yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klublarıyla üz-üzə gələcək. Komandanın beşinci sınağı Bosniya və Hersoqovinanın "Sarayevo" komandası olacaq. Son yoxlama matçında isə fevralın 3-ü Monteneqronun "Mladost" komandası rəqibimiz olacaq.

Premyer Liqada çıxış edən “Qəbələ” komandası da 2017/18 mövsümünün ikinci yarısına hazırlığını Antalya şəhərində keçirir.


Müəllif: Samir