10 Yanvar 2018 03:46
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” futbolçusu Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” klubuna satıb.

Teleqraf.com xəbər verir ki, Cənubi Afrika Respublikasının milli komandasının üzvü asiyalılarla 2 illik sözləşmə imzalayıb. Bu səbəbdən futbolçu bu gün “Qarabağ”la birlikdə təlim-məşq toplanışı üçün Antalyaya yollanmayıb. O, CAR-ın paytaxtı Yoxannesburqdan Çinə uçacaq. Bu keçidin ağdamlılara 750 min avro qazandırdığı bildirilir. Bu isə 1,5 milyon manat edir.

Qeyd edək ki, Ndlovu “Qarabağ”a 2016-cı ilin yayında transfer olunmuşdu. O, “atlılar”ın heyətində meydana çıxdığı 54 oyunda 20 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Müəllif: Teleqraf.com