13 Yanvar 2018 12:21
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli futbolçu Arda Turan yenidən Türkiyəyə qayıdır.

Teleqraf.com xəbər verir ki, “Barselona” klubunda əsas heyətə düşə bilməyən futbolçu Türkiyənin “İstanbul Başakşəhir” klubu ilə razılığa gəlib.

Uzun müddətdir davam edən danışıqlar, nəhayər, müsbət sonluqla başa çatıb. Arda yeni klubu ilə ilyarımlıq müqavilə imzalayıb.

Futbolçunun bu gün İstanbula gəlməsi gözlənilir.


Müəllif: Cabbar