13 Yanvar 2018 15:26
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ozan Can Kökcü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak etməyəcək.

Teleqraf.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun milliyə cəlb olunması ilə bağlı öncədən klubu "Valveyk"lə razılıq əldə olunsa da, yanvarın 12-dən çempionatın ikinci dövrəsinin başlanmasını əsas gətirən Hollandiya təmsilçisinin rəhbərliyi onun yığmanın toplanışına qatılmasına icazə verməyib.


Müəllif: Teleqraf.com