15 Yanvar 2018 01:25
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində ikinci tura yekun vurulub.

Teleqraf.com-un məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov turu qələbə ilə başa vurub.

33 yaşlı qrossmeyster qara fiqurlarla çinli qadın şahmatçı Hou Yifanı üstələyib. 48-ci gedişdə Yifan təslim olub.

Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalı 1,5-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib. Sabiq və hazırkı dünya çempionları Vişvanatan Anand (Hindistan) və Maqnus Karlsenin (Norveç) də 1,5 xalı var. Turnir cədvəlinə isə 2 xalla Aniş Giri (Hollandiya) başçılıq edir.

Qeyd edək ki, yanvarın 15-də keçiriləcək üçüncü turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Maksim Matlakovla üz-üzə gələcək.


Müəllif: Teleqraf.com