4 Avqust 2014 23:49
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA Apelyasiya Komitəsi Luis Suaresin millidəki doqquz matçlıq cəzasını da qüvvədə saxlayıb.

Komitə oyunçuya verilən cəzanı azaltmayıb.

Qeyd edək ki, bundan əvvəl FİFA Apelyasiya Komitəsi Suaresin dörd ay futboldan kənarlaşdırılması ilə bağlı cəzasını yüngülləşdirməmişdi.

Xatırladaq ki, Uruqvay millisinin hücumçusu Suares "DÇ-2014"də İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub./qol.az/


Müəllif: