15 Yanvar 2018 23:25
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Futbol Federasiyası Liqa 1-in XX turu çərçivəsində keçirilən “Nant” - PSJ oyununda (0:1) futbolçunu vuran referi Toni Şapron müvəqqəti olaraq hakimlikdən uzaqlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. T.Şapronun XXI tur çərçivəsində keçiriləcək “Anje” – “Trua” görüşünə təyinatı ləğv edilib. Referi ilə bağlı yekun qərar araşdırmadan sonra veriləcək.

Qeyd edək ki, yanvarın 14-də baş tutan oyunun 90-cı dəqiqəsində “Nant”ın futbolçusu Dieqo Karlos T.Şaprona toxunaraq onu yıxıb. Baş hakim isə oyunçunun ayağına zərbə vurub. Daha sonra yerdən qalxan ədalət təmsilçisi D.Karlosa ikinci sarı vərəqə göstərərək meydandan qovub. Həmçinin PSJ-nin lehinə cərimə zərbəsi təyin edib.


Müəllif: Teleqraf.com