17 Yanvar 2018 00:54
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriştianu Ronaldo "Real"dan ayrıla bilər.

Teleqraf.com xəbər verir ki, klubun prezidenti Florentino Peres futbolçunun meneceri Jorje Mendeşlə əlaqə saxlayaraq, ondan portuqaliyalı ulduza yeni komanda tapmasını tələb edib.

Peresin Ronaldonun transferi üçün nə qədər pul istədiyi bilinmir. Amma "Real"la müqavilədə Ronaldonun təzminat qiymətinin 1 milyard avro olduğu qeyd edilib. Amma hansısa klubun madridlilərə bu qədər pul ödəyəcəyi real görünmür.

Qeyd edək ki, klub prezidentinin Ronaldonu Neymarın transferi üçün PSJ-yə təklif edəcəyi ilə bağlı xəbərlər də dolaşır.


Müəllif: Teleqraf.com