24 Yanvar 2018 14:59
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" Ağdam şəhərinin klubudur. Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Təəssüflər olsun ki, klubun məxsus olduğu Ağdam şəhəri bu gün də işğal altındadır.

Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev qurumun Fransanın Strasburq şəhərində keçirilən qış sessiyası zamanı müzakirələrdəki çıxışında deyib. R.Rzayev bildirib ki, "Qarabağ" qrup mərhələsi çərçivəsində İngiltərə, İspaniya və İtaliyada oynaya bildiyi halda, öz şəhəri Ağdamda oynaya bilmir: "Ümid edirik ki, "Qarabağ" tezliklə xarici futbol klublarını öz şəhərinə - Ağdama dəvət edə, öz şəhərində də oynaya biləcək".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında "Çelsi", "Atletiko" və "Roma" ilə birgə yer aldığı qrup mərhələsini 2 xalla sonuncu pillədə başa vurub./Report/


Müəllif: Teleqraf.com