29 Yanvar 2018 00:56
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barcelona" və Argentina millisinin hücumçusu Lionel Messi "Vorld Sokker"ə müsahibə verib.

Teleqraf.com "goal.az"a istinadən xəbər verir ki, argentinalı ulduz bir neçə məsələyə toxunub.

"Neymarsız biz daha balanslı görünürük. Onun gedişi bizim oyun üslubumuzda dəyişiklik demək idi. Hücum potensialını itirsək də, müdafiəmiz gücləndi. Hazırda dişli yarımmüdafiəmiz var. Bu amil müdafiə xəttinə kömək edir. "Manchester City" hazırda dünyanın ən güclü klublarından biridir. Eyni şey PSG-yə də aiddir. "Real Madrid"i də hesabdan silmirəm. Onların səviyyəsi və təcrübəsi böyükdür. "Bayern Munich" sona qədər mübarizə aparacaq".


Müəllif: Teleqraf.com