30 Yanvar 2018 21:59
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:56

Bu gün milli komandamız 2018-ci ildə ilk oyununa çıxacaq.

Teleqraf.com-un məlumatına görə, Antalya toplanışı çərçivəsində keçiriləcək yoxlama oyununda rəqib Moldova yığmasıdır.

Bu görüş Qurban Qurbanovun millimizin baş məşqçisi kimi ilk sınağıdır.

"Mardan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri indiyəfək 9 dəfə üz-üzə gəlib. 2 qələbə qazanan və 3 dəfə uduzan millimiz 4 heç-heçə edib.

30 yanvar

Yoldaşlıq oyunu

20:00. Azərbaycan – Moldova - 0:0

“Mardan” stadionu


Müəllif: Teleqraf.com