30 Yanvar 2018 22:28
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Super Liqasında transfer bombası partlayıb.

Teleqraf.com xəbər verir ki, Samuel Eto qardaş ölkədə klubunu dəyişib.

"Qalatasaray" və "Fənərbaxça"nın istədiyi deyilən seneqallı ulduz fərqli seçim edib. "Göztəpə"dən Adis Yahoviçi 1,5 milyon avroya alan "Konyaspor" bu gün Etonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat katibi Ahmet Baydar sosial mediada açıqlama yayıb: "Klubumuzun Samuel Eto ilə danışıqları müsbət yekunlaşdı. Xeyirli-uğurlu olsun. Allah utandırmasın".

"Konyaspor" seneqallı futbolçu üçün "Antalyaspor"a transfer haqqı ödəməyəcək. 2,5 illik müqavilə imzalayacaq Eto sabah komandaya qoşulacaq və "Qalatasaray"la oyuna qədər hazır olacaq.

Qeyd edək ki, Eto karyerası ərzində İspaniyada "Real", "Leqanes", "Espanyol", "Malyorka", "Barselona", İtaliyada "İnter", "Sampdoriya", Rusiyada "Anji", İngiltərədə "Çelsi" və "Everton" klublarında oynayıb.


Müəllif: Teleqraf.com