31 Yanvar 2018 23:31
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 1 pillə irəliləyib.

33 yaşlı şahmatçı xallarını 2814-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 29 xal geri qalıb.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 40-cı, Arkadi Naydiç isə 2705 xalla 41-cidir.


Müəllif: Teleqraf.com