5 Avqust 2014 21:39

"Real" (Madrid) klubu yeni transferi Keylor Navası rəsmən ictimaiyyətə təqdim edib.

Madrid təmsilçisi ilə 6 illik müqavilə imzalayan kosta-rikalı qolkiper "Real"a keçidi haqda bunları deyib:

"Uşaqlıq xəyalım gerçəkləşdiyi üçün Allahıma minnətdaram. Çox həyəcanlıyam və yeni mövsümün startını səbirsizliklə gözləyirəm. Komandamın uğur qazanması üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Navas "Real"da 13 nömrəli formanı geyinəcək./qol.az/


Müəllif:
Загрузка...