1 Fevral 2018 14:39
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaydaları pozduğu iddiası ilə yarışlardan ömürlük uzaqlaşdırılan 28 rusiyalı idmançının apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İdman Arbitraj Məhkəməsi məlumat yayıb.

Məhkəmə idmançıların apelyasiya şikayətini təmin edib.

Qərara əsasən, idmançılara qarşı bütün sanksiyalar ləğv edilib və onlar Olimpiya oyunlarında iştirak edə bilərlər.

Həmçinin, 2014-cü ildə Soçidə keçirilmiş olimpiyada oyunlarının nəticələri qüvvədə qalacaq.


Müəllif: Samir