3 Fevral 2018 20:29
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya bölgəsində "Qəbələ" və "Şkendiya" komandaları (Makedoniya) arasındakı yoxlama matçında kütləvi dava baş verib.

İnsidentə 39-cu dəqiqədə "Şkendiya" futbolçusunun "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Filip Ozobiçə qarşı kobud oyunu səbəb olub.

Daha sonra Stiven Monroz Makedoniya klubunun futbolçularından birinin kobud ifadəsi ilə qarşılaşıb. Bunu görən "Qəbələ"nin və "Şkendiya"nın ehtiyat oyunçular skamyasında oturanlar da meydana girib. Tərəflər arasındakı dava zamanı "Şkendiya"nın oyunçularından biri "Qəbələ"nin hücumçusu Ruslan Qurbanovu vurub. Təqribən 2 dəqiqəyədək davam edən mübahisələrin sonunda tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, ilk yarıdan sonra "Qəbələ" hesabda geridədir - 0:2./Report/


Müəllif: Teleqraf.com