4 Fevral 2018 23:18
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan millisi bu gün qrupda son oyununu keçirəcək.

Teleqraf.com xəbər verir ki, komandamız Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojice Arena"da yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45-də) İspaniya millisi ilə qarşılaşacaq.

Oyunu Vladimir Kadykov (Rusiya), Admir Zahoviç (Sloveniya) və Alessandro Malferdən (İtaliya) ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində ilk oyununu Fransa komandasına qarşı keçirib. Qarşılaşma 5:3 hesabı ilə millimizin qələbəsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com