5 Fevral 2018 12:06
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kubokunun təqvimində dəyişiklik ediləcək.

Buna ölkədə növbədənkənar Prezident seçkilərinin elan edilməsi səbəb olub.

Belə ki, kubokda yarımfinal mərhələsinin ilk oyunları öncədən aprelin 11-nə planlaşdırılıb. Lakin həmin gün Prezident seçkiləri keçiriləcəyindən, Peşəkar Futbol Liqası təqvimdə dəyişiklik etmək məcburiyyətində qalacaq.

PFL-in mətbuat xidməti Elgiz Abbasın Publika.az-a verdiyi məlumata görə, PFL artıq bu məsələdən xəbərdardır. Dəyişikliklə bağlı ilkin müzakirələr aparılıb. Yekun iclas isə bu günün sonunda təşkil ediləcək.

Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsində “Qəbələ” “Neftçi” ilə, “Keşlə” isə “Sumqayıt”la qarşılaşacaq.


Müəllif: Teleqraf.com