5 Fevral 2018 22:13
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya futbolunun əfsanələrindən olan Klarens Zeedorf İspaniyanın “Deportivo” klubunun baş məşqçisi təyin edilib.

Publika.az xəbər verir ki, “Milan”ın sabiq futbolçusu və məşqçisi “Deportivo” ilə mövsümün sonunadək müqavilə imzalayıb. Ötən gün La Liqa təmsilçisinin baş məşqçisi Kristobal Parralo istefaya göndərilib. Hazırda “Deportivo” İspaniya çempionatında 18-ci pillədə qərarlaşıb.

Bundan əvvəl 41 yaşlı K.Zeedorf Çinin “Şençjen” klubuna rəhbərlik edib.


Müəllif: Teleqraf.com