26 Aprel 2014 10:19
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Futbol Federasiyası AVRO-2020-yə ev sahibliyi etməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə TFF-nin İdarə Heyəti qərar verib.

Qəbul olunan qərarda bildirilir ki, imtinanın səbəbi Avropa çempionatının bir ölkədə yox, 13 ölkənin 13 şəhərində keçiririlməsidi:

"Türkiyənin həm futbol, həm infrastruktur baxımından belə bir turnirin sadəcə yarımfinal və final yox, bütün yarışa ev sahibliyi edə biləcəyinə inanırıq. Xüsusən son dönəmdə 28 yeni stadion Gənclik və İdman Nazirliyi, bələdiyyələrimiz və TOKİ tərəfindən türk idmanına qazandırılmaqda olduğunu xatırlatmaq istəyirik. Yaxın zamanlarda mövcud modern stadionlarımızla Avropa çempionatı kriteriyalarına uyğun 13 stadiona sahib olacağıq. Bu durumda Türkiyə belə bir turniri stadionları, digər infrastrukturu və futbol sevgisi ilə təkbaşına təşkil edə biləcək bir ölkə durumundadı. İdarə Heyətimiz bu səbəbdən AVRO-2020-nin yarımfinal və final oyunlarına ev sahibliyi etməkdən imtina etmək qərarı verib. İdarə Heyətimiz AVRO-2024-ün bütün ev sahibliyini almaq üçün çalışmalara başlayır".

Qeyd edək ki, AVRO-2020-yə ev sahibliyi edən şəhərlərdən biri də Bakıdı. AFFA artıq paytaxtımızın namizədliyini irəli sürüb.


Müəllif: