6 Fevral 2018 23:27
590
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sloveniyada futzal üzrə Avropa çempionatının 1/4 final görüşləri davam edir.
Qol.az-ın məlumatına görə, bu gün Azərbaycan millisi də yarımfinal uğrunda mübarizə aparıb.
Yığmamız 1/4 finalda Portuqaliya ilə qarşıalşıb. Görüş millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb - 1:8.
Bununla da Joze Alesionun rəhbərlik etdiyi komandamız Avropa çempionatı ilə vidalaşıb.
Maraqlıdır ki, son dünya çempionatında da millimizi 1/4 finalda Portuqaliya mübarizədən kənarlaşdırmışdı.
Qeyd edək ki, Portuqaliya yarımfinalda Rusiya ilə qarşılaşacaq.
Avropa çempionatı
1/4 final
6 fevral
21:00. Portuqaliya - Azərbaycan - 8:1
Qollar: Everton Kardoso, 1 (0:1), Pedro Kari, 3 (1:1), 5 (2:1), Pani, 9 (3:1), Rikardinyo, 11 (4:1), 20 (5:1), Bruno Koelyo, 24 (6:1), Rikardinyo, 25 (7:1), 31 (8:1)
Hakimlər: Andrey Çerni (Çexiya), Saşa Tomiç (Xorvatiya), Kamil Çetin (Türkiyə)

Müəllif: Teleqraf.com