9 Fevral 2018 12:00
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinalı futbol ulduzu, İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messiyə fantastik təklif gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Çin liqasında çıxış edən “Hebei Cin Fortune” klubu Messiyə 1,4 milyard avro təklif edib.

Messi bu məbləğin 700 milyon avrosunu “Barselona”ya ödəməli olacaq. Bundan sonra ispan klubu Messini azad agent elan edəcək və o, Çin liqasına sərbəst gedə biləcək.

Argentinalı ulduzun təklifi qəbul edib-etməyəcəyi məlum deyil.


Müəllif: Samir