10 Fevral 2018 13:26
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pxençanda keçirilən Qış Olimpiadasının açılışında ilk mini-qalmaqal yaşanıb.

Teleqraf.com xəbər verir ki, Filip Vaxuda adlı ABŞ vətəndaşı yasaqlara rəğmən, stadiona Rusiya bayrağı gətirib.

Kameraların ona tuşlandığını görən Filip dərhal bayrağı bükərək gizlədib.

O öz hərəkəti ilə hər şeydən qabaq azarkeşi olduğu Viktor An və Anton Şipulinin oyunlara buraxılmamasına etirazını göstərmək istədiyini bildirib:

“Mən Rusiyaya dəstəyimi ifadə etmək istəyirəm. Çünki nə qədər güclü idmançı bu oyunlardan kənarda qaldı. Hesab edirəm ki, o idmançılar indi burada çıxış etməliydilər”.

Filip Vaxuda dörd il dayanmadan bu yarışa hazırlaşanların son anda idman cinayətlərində suçlandırlaraq oyunlardan kənarda saxlanılmasının ayıb olduğunu qeyd edib.

“P-Sport”un yazdığına görə, Vaxuda kimiləri Pxençanda az deyil. Onlar rusca mahnılar oxuyur, könüllülər rusca salamlarışır, başqa ölkələrin idmançıları isə “Rusiya! Heç bir Mərkəzi Olimpiya Komitəsi bunu bizə qadağan edə bilməz”, - deyirlər.


Müəllif: Alpər