10 Fevral 2018 16:31
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Teleqraf.com xəbər verir ki, komandamız Moldova millisinin üzvü Aleksandr Dedovla anlaşıb.

İyirmi səkkiz yaşlı yarımmüdafəçi ilə bir il yarımlıq müqavilə bağlanılıb. Dedov ölkəsinin “Milsami” klubundan transfer edilib.

Qeyd edək ki, 2012-ci ildən Moldova milli komandasında çıxış edən futbolçu yığmada keçirdiyi 39 oyunda 3 dəfə fərqlənib. (Azərtac)


Müəllif: Teleqraf.com