12 Fevral 00:38
239

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında qış fasiləsi yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, bu gün 15-ci tura start verilib. İlk oyun günündə iki görüş baş tutub.

“Zirə” – “Sumqayıt” matçında qalib müəyyənləşməyib. “Qarabağ” isə doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Səkkiz qolun qeydə alındığı qarşılaşma Ağdam təmsilçisinin qələbəsiylə başa çatıb.

Əvəzedicilərin çempionatı, 15-ci tur

11 fevral

Zirə – Sumqayıt 1:1
Qol: Sahil Cəfərov, 7 - Elvin Nəsibov, 82.

Qarabağ – Qəbələ 5:3
Qol: Ramil Şeydayev, 21. Ağabala Ramazanov, 34; 45. Salman Cəfərov, 47. Famil Camalov, 61 - Kamran Quliyev, 38. Elvin Məmmədov, 85; 87.


Müəllif: Teleqraf.com