12 Fevral 23:28

Türkiyə Superliqasında 21-ci tura yekun vurulub.

Teleqraf.com xəbər verir ki, bu gün 1 qarşılaşma keçirilib. "Qalatasaray" "Antalyaspor"u qəbul edib. Matç İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray" - "Antalyaspor" - 3:0
Qollar: Bafetimbi Qomis, 14, 20, Sofian Fequli, 38

Bu qələbə ilə xalını 44-ə çatdıran Fatih Terimin komandası turnir cədvəlində ilk pilləyə yüksəlib. "Başakşəhər" 43 xalla 2-ci, "Fənərbaxça" 41 xalla 3-cü pillədə qərarlaşıb.


Müəllif: Teleqraf.com