18 Fevral 2018 10:05
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lissabonun "Sportinq" klubunun prezidenti Brunu de Karvalyu tutduğu vəzifəyə yenidən seçilib.

O, bu təyinatdan sonra işçilərlə keçirdiyi müşavirədə bir sıra gözlənilməz qaydalar elan edib.

"Biz — sportinqçilərik və sübut etdik ki, sükut daha çox səs-küyə səbəb olur. Mən bizi daha az riskə atacaq dəyişikliklərin tərəfdarıyam: sosial şəbəkələrdən az istifadə etmək. Həmçinin biz bu gündən daha idman qəzetləri almırıq, klub kanallarını çıxmaq şərti ilə, heç bir yerli televiziya kanalına baxmırıq. İndi KİV bizə başqa cür yanaşacaq", - deyə "Maisfutebol" nəşri De Karvalyunun sözlərini sitat gətirib./Report/


Müəllif: Teleqraf.com