7 Avqust 2014 10:03

Ötən ilin dekabr ayının 29-da xizək sürərkən yıxılan “Formula 1” pilotu Mixael Şumaxerin sənədlərini oğurlayan şəxs intihar edib.


Bu barədə Sürix prokurorluğu məlumat yayıb.

Sürix Kantonu Prokurorluğundan verilən məlumata görə, şübhəli şəxs saxlanıldıqdan 1 gün sonra öz kamerasında intihar edib.

Qeyd edək ki, Şumaxerin Qrenoblda yatdığı xəstəxanada xəstəlik tarixçəsi oğurlanmışdı. Sənədi oğurlayan şəxs onu mətbuata 67 min 200 dollara satmaq istəyib./axar/


Müəllif:
Загрузка...