26 Aprel 2014 12:58
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beşiktaş” “Çelsi”də çıxış edəm kamerunlu ulduz Samuel Eto'onu almaq istəyindən vaz keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “qartal”ın baş məşqçisi Slaven Biliç verib. Biliçin sözlərinə görə, bu addım həddindən artıq riskli olduğu üçün ondan imtina etməli olublar:

“Heç kim mübahisə etmir, Eto'o dahi futbolçudu. Ancaq o, hazırda bizim planımıza daxil deyil. Biz əvvəlcə klubun gələcək strategiyasını nəzərə alırıq, sonra maddi vəziyyətimizə baxırıq. İndiki vaxtda Eto'oya təklif göndərmək həddindən artıq riskli addım olardı”.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda “Beşiktaş”ın Eto'oya illik 8 milyon avro müqabilində təklif göndərməsi ilə bağlı xəbərlər yayılmışdı.


Müəllif: