10 Mart 2018 01:13
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı müğənni Ceyson Derulo Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatının rəsmi himnini təqdim edib.

Teleqraf.com xəbər verir ki, bəstə "Coca-Cola" şirkəti ilə birlikdə ərsəyə gətirilib.

Derulo mahnını iyunun 14-də Moskvanın "Lujniki" stadionunda Rusiya – Səudiyyə Ərəbistanı matçından əvvəl keçiriləcək turnirin açılış mərasimində ifa edəcək.

Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək.


Müəllif: Teleqraf.com