13 Mart 2018 02:32
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın 21 yaşadək futbolçularından ibarət yığmasının AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Makedoniya və Cəbəllütariq seçmələri ilə oyunlar üçün heyəti açıqlanıb.

Teleqraf.com xəbər verir ki, baş məşqçi Yevgeni Buşmanov millinin düşərgəsinə 23 futbolçu çağırıb. Onun dəvət göndərdiyi oyunçular arasında “Rostov” klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev də var.

Rusiya martın 23-də Makedoniya, 27-də isə Cəbəllütariq yığması ilə qarşılaşacaq. Ruslar hər iki matçı səfərdə keçirəcəklər.

Qeyd edək ki, A. Quliyev millimizin baş məşqçisi Qurban Qurbanovun da diqqət mərkəzindədir.


Müəllif: Teleqraf.com