14 Aprel 2014 13:36

Fransada yatdığı xəstəxanada ölümlə mübarizə aparan məşhur pilot Mixail Şumaxerin otağında qəribə olay yaşanıb. İki nəfər naməlum şəxs Şumaxerin yatdığı otağa girmək istəyib.

Teleqraf.com xəbər verir ki, xəstəxana rəsmiləri “Bild” qəzetinə verdikləri açıqlamada belə bir hadisənin olduğunu təsdiqləyib. Xəstəxanadan bildirilib ki, artıq həmin şəxslər polis tərəfindən saxlanılıb.

Kimlikləri bəlli olmayan bu iki şəxsin məqsədlərinin Şumaxerin şəkilini çəkərək sosial media və internet üzərindən çox yüksək miqdarda satmaq olduğu vurğulanıb.

Onlar xəstəxanaya özlərini digər xəstələrin yaxınları kimi göstərərək daxil olublar. Naməluma şəxslərin bu cəhdi əfsanəvi pilotun ailəsi tərəfindən də böyük qınaq obyekti olub.

Artıq polis daha da güclü tədbir görüldüyünü, mühafizənin gücləndirildiyini açıqlayıb.

Xatırladaq ki, Mixail Şumaxer bir neçə ay öncə xizək sürdüyü zaman yıxılaraq ağır xəsarət almışdı.

Aygün İlqarqızı


Müəllif: