18 Mart 2018 16:55
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Türkiyə super liqasında növbəti oyunlar keçirilib.

Teleqraf.com xəbər verir ki, “Fənərbaxça” öz meydanında əzəli rəqibi “Qalatasaray”ı qəbul edib. Derbi 0-0 hesabı ilə bitsə də, tərəflərin qol vurmaq üçün kifayət qədər şansı olub. 90+4 dəqiqədə "Fənərbaxça"nın cərimə meydançasında topu qəbul edən Tolqa Ciyərçi əlverişli mövqedə olsa da, topu düz qapıçı Volkan Dəmirəlin üstünə vurub. Bu zaman Fatih Terimin köməkçilərindən olan, eks qalatasaraylı Həsən Şaş əsəblərinə hakim ola biləyib və özünü yerə çırpıb. Onun bu hərəkəti oyundan sonra ən çox danışılan epizodlardan olub.


Müəllif: Cabbar