22 Mart 2018 13:40
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntizam Komitəsi I Divizionda çıxış edən “Şüvəlan” komandasının futbolçusu Mirkamil Həşimini 4 oyunluq cəzalandırıb.

Buna səbəb 22 yaşlı yarımmüdafiəçinin XIX turda “Turan Tovuz”la səfər matçının 90+4-cü dəqiqəsində hakimi təhqir etməsidir.

Futbolçuya verilən cəza ilə yanaşı, “Şüvəlan” 320 manat cərimələnib./Report/

Qeyd edək ki, oyun “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com