26 Aprel 2014 14:27
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın ev sahibliyi edəcəyi AVRO-2016-nın təqvimi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, açılış və final matçları "Stade de France"də keçiriləcək turnirin oyunlarına 10 stadion ev sahibliyi edəcək.

2016-cı ilin 10 iyununda, Bakı vaxtı ilə 00.00-da başlayacaq Avropa çempionatı 10 iyulda, eyni saatda start götürəcək final qarşılaşması ilə yekunlaşacaq. Turnirin yarımfinal oyunları "Stade Valodrome" və "Stade de Lyon"da keçiriləcək. Ev sahibi Fransa qrup oyunlarını "Stade de France", "Stade Valodrome" və "Stade Pierre Mauroy"də oynayacaq.

Qrup mərhələsinin oyunları 10-22 iyun, 1/8 finalın matçları 25-27 iyun, 1/4 finalın görüşləri 30 iyun və 1, 2, 3 iyul tarixlərində keçiriləcək. İyulun 6-7-də yarımfinal, 10-da final matçları baş tutacaq.

Qeyd edək ki, Azərbaycan yığması AVRO-2016-nın seçmə mərhələsinin H qrupunda mübarizə aparacaq. Millimiz final mərhələsinə vəsiqə uğurunda İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta ilə yarışacaq.


Müəllif: