26 Aprel 2014 14:40

"Mançester Yunayted" klubunun yeni baş məşqçisi hollandiyalı Lui van Qal olacaq.

Bu barədə Niderlandın "Teleqraf" qəzeti yazır. Dərginin məlumatına görə, tərəflər artıq razılığa gəliblər və yaxın vaxtlarda müqavilə imzalanacaq.

Qeyd edək ki, hazırda van Qal Niderland yığmasını çalışdırır, lakin dünya çempionatından sonra komandanı tərk edəcək.

Xatırladaq ki, aprelin 22-də "Mançester Yunayted" Devid Moyesin baş məşqçi postundan azad edildiyini elan edib. Hazırda komandanı müvəqqəti olaraq yarımmüdafiəçi Rayan Giqqz çalışdırır.

Teleqraf.com


Müəllif: