26 Aprel 2014 21:46
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teymur Rəcəbov və Maqnus Karlsen Vüqar Həşimov Memorialının turnir cədvəlində hamıdan irəlidədirlər.

ANS PRESS-in verdiyi məlumata görə, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilmiş şahmat turnirinin 6-cı turunun oyunları keçirilir.

“A” qrupunda italiyalı Fabiano Karuana və amerikalı İkaru Nakamura 41-ci gedişdə heç-heçəyə razılaşıb, norveçli Maqnus Karlsen Azərbaycan nümayəndəsi Şəhriyar Məmmədyarova qalib gəlib.

Azərbaycan nümayəndəsi Teymur Rəcəbov ilə rusiyalı Sergey Karyakinin görüşü isə sülhlə başa çatıb. Bu oyunda heç-heçə 47-ci gedişdə qeydə alınıb.

6 turdan sonra “A” qrupunda vəziyyət belədir: 1-2-ci yerlər – Rəcəbov, Karlsen – hərəyə 3,5 xal; 3-5-ci yerlər – Karuana, Karyakin, Nakamura – hərəyə 3 xal; 6-cı yer – Məmmədyarov – 2 xal.

“B” qrupunda hələlik yalnız bir partiya başa çatıb: Azərbaycan qrossmeysterləri Rauf Məmmədov və Qədir Hüseynov 40-cı gedişdə heç-heçəyə razılaşıblar.

Vasif Durarbəyli – Nicat Abbasov (hər ikisi Azərbaycandan), Radoslav Voytaşek (Polşa) – Etyen Bakro (Fransa), Pavel Elyanov (Ukrayna) – Van Hao (Çin) və Aleksandr Motılyov (Rusiya) – Eltac Səfərli (Azərbaycan) partiyaları davam edir.


Müəllif: