10 Avqust 2014 20:18

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Barselona” daha bir rəsmi transferini gerçəkləşdirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, kataloniyalılar “Arsenal”dan Tomas Vermaeleni heyətinə cəlb edib.

Belçikalı müdafiəçi üçün “Barselona” 19 milyon avrosundan keçməli olub. Onunla beş illik müqavilə imzlanıb.

Qeyd edək ki, yay fasiləsində “Barselona” Jeremi Martin, Luis Suares, Ter-Stengen və Kladio Bravonu da rənglərinə bağlayıb.


Müəllif:
Загрузка...