11 Avqust 2014 00:15
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunda “Qarabağ” səfərdə “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəlib.

Qol.Az-ın məlumatına görə, qələbəyə baxmayaraq Qurban Qurbanovun komandasına texniki məğlubiyyət veriləcəyi gözlənilir.


Çünki Ağdam təmsilçisi oyunun 59-ci dəqiqəsində oyunçu dəyişikliyi edərkən texniki səhvə yol verib. Belə ki, Namiq Yusifovun əvəzinə Riçard Almeydanın meydana daxil olması ilə “Qarabağ” legioner limitini pozub. Yəni məşqçilər korpusu meydanda yeni qaydalarda nəzərdə tutulduğu kimi altı deyil yeddi legioner buraxıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının nizamnaməsinə uyğun olaraq legioner limitinə əməl etməyən komandaya AFFA İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.


Müəllif: