11 Avqust 2014 10:00
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının “pey-off” mərhələsində “Neftçi”nin rəqibi olan “Partizan” Serbiya superliqasında ilk turun oyununu keçirib.

Paytaxt klubu səfərdə “Vozdovac”ın qonağı olub.

“Partizan” görüşün 73-cü dəqiqədə hesabda geri düşsə də, 78-ci dəqiqədə meydan sahibləri avtoqolla yadda qalıblar. Sona qədər mübarizə aparan “Partizan” 90+2-ci dəqiqədə Volkovun və 90+4-cü dəqiqədə Fofananın vurduğu qollarla 3:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, "Neftçi" ilə "Partizan" arasında ilk oyun avqustun 21-i Serbiyada, cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək./qol.az/


Müəllif: