14 Aprel 2018 15:59
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Qalatasaray” klubu uzun zamandır İspaniyanın “Selta Viqo” komandasında çıxış edən türkiyəli futbolçu Əmrə Moru icarəyə götürmək istəyir.

Teleqraf.com xəbər verir ki, “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimin arzuladığı, “Selta Viqo” rəhbərliyinin isə ümidlərini doğrultmayan Əmrə Mor nəhayət, Türkiyə klubunda çıxış edə bilər.

“Selta Viqo” klubu Morun icarəsinə razılıq vermək qərarına gəlib və onu Türkiyəyə yollamaq üçün planlar qurur. Razılıq əldə olunacağı təqdirdə futbolçu ilə ilyarımlıq müqavilə imzalanacaq.


Müəllif: Cabbar