15 Aprel 2018 19:09
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, Qəbələdə şəhərin eyniadlı təmsilçisi ilə “Səbail” üz-üzə gəlib.

Matçda hesabı qonaqlar açıb. Paytaxt təmsilçisinin heyətində 55-ci dəqiqədə Fəhmin Muradbəyli fərqlənib. Lakin meydan sahibləri 82-ci dəqiqədə Famussa Konenin qolu ilə yekun nəticəni müəyyənləşdiriblər – 1:1.

Bu heç-heçədən sonra komandaların turnir cədvəlindəki mövqeləri dəyişməz qalıb. “Qəbələ” 42 xalla 2-ci, “Səbail” isə 19 xalla 6-cı pillədədir.

İlk oyun günündə “Qarabağ” “Kəpəz”i bir cavabsız qolla məğlub edib. XXIII tura hazırda davam edən “Sumqayıt” – “Keşlə” və 19:00-da start götürəcək “Zirə” – “Neftçi” matçları ilə yekun vurulacaq.


Müəllif: Teleqraf.com