16 Aprel 19:58

İcarə əsasında Kiprin "Anortosis" klubunda çıxış edən millimizin üzvü Araz Abdullayev diskotekada görüntülənib.

Teleqraf.com xəbər verir ki, müqavilə ilə “Qəbələ”yə məxsus olan yarımmüdafiəçi çempionatın 32-ci turunun AEK ilə oyunundan (1:1) sonra komanda yoldaşları ilə əylənməyə gedib.

Daniyel Pranyiç, Ruben Rayonun da olduğu görüntüləri "Anortosis"in digər futbolçusu Qordon Şildenfeld şəxsi "İnstaqram" hesabından paylaşıb. Futbolçuların heç-heçədən sonra diskotekaya gedib əylənmələri azarkeşlərin narazılığına səbəb olub.


Müəllif: Teleqraf.com
Загрузка...